×
A
A
A
Sazlamalar

® Yarım milyon manatlıq cekpotu Saatlı sakini qazandı

Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlı sakini Sakin Hüseynova qismət olub.
43 yaşlı Sakin Hüseynov ustadır. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. “4+4” lotereyasında 530 359 manatlıq cekpotun sahibi olub.
O, böyük həyəcan hissi ilə cekpotu əldə etmək üçün “Azərlotereya”nın uduşlu biletlərin qəbul edildiyi “Bakı KOB Evi”nə yollanıb. Daha sonra cekpot sahibi “Azərlotereya”nın baş ofisinə gələrək İdarə Heyətinin sədri Osman Karakuşla görüşüb.
Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosiped arzusunu yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, təxminən 4 ay öncə 913 072 manatlıq tarixi cekpot da “4+4” tirajlı lotereyasında qazanılmışdı. Növbəti cekpot məbləği isə 250 000 manatdır.

Sosial 2023-07-10 15:11:00