×
A
A
A
Sazlamalar

Şahbulaq qalası qarşısında şəhid polkovnik-leytenantın anım tədbiri olub

Bakı, 10 iyul, AZƏRTAC

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunun işğaldan azad olunmuş Şahbulaq qalası qarşısında şəhid polkovnik-leytenant Raquf Orucovun anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hərbçilər, şəhid zabitin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən əfsanəvi kəşfiyyatçının döyüş yoldaşları şəhid komandirlə bağlı xatirələrini danışıb, əsgərlərə ana Vətəni əmanət edən zabitlərin keçdiyi yolun qəhrəmanlıq örnəyi olduğunu bildiriblər. Vaxtilə şəhid Raquf Orucovun xidmət etdiyi hərbi hissənin kəşfiyyatçıları öz bacarıqlarını və döyüş keyfiyyətlərini nümayiş etdiriblər.
Tədbir Ağdam Musiqi Kollecinin yetirmələrinin vətənpərvərlik və qəhrəmanlıq ruhunda bədii-musiqili kompozisiya ilə yekunlaşıb.

 

 

 

Sosial 2023-07-10 10:06:00