×
A
A
A
Sazlamalar

Altı ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 8,5 faiz artım qeydə alınıb

Bakı, 10 iyul, AZƏRTAC

Cari ilin 6 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarında proqnoza nisbətdə 198,1 milyon manat və ya 8,5 faiz artım qeydə alınıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma keçən ilin müvafiq dövrü ilə müqayisədə 67,7 milyon manat və ya 8,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 238,4 milyon manat və ya 17,2 faiz artımla olub.

 

Sosial 2023-07-10 10:01:00