×
A
A
A
Sazlamalar

"İşsizin dostu” proqramı çərçivəsində Ağalı və Talış kəndlərində 26 nəfər işlə təmin edilib

Bakı, 9 iyul, AZƏRTAC

"İşsizin dostu” proqramı artıq işğaldan azad edilmiş ərazilərimizdə də məşğulluğa dəstək göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST İş Mərkəzi tərəfindən Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində 26 sakin həmin proqram çərçivəsində haqqı ödənilən ictimai işlərlə təmin edilib. Onlar bərpa-tikinti, sosial, abadlıq və s. sahələrdə çalışırlar. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.
Qeyd olunan kəndlər üzrə daha 20-dən çox sakinin proqrama cəlb edilməsi işləri aparılır və iki kənd üzrə “İşsizin dostu” proqramı çərçivəsində işlə təmin edilənllərin sayı 50-ə çatdırılacaq.

Sosial 2023-07-09 10:52:00