×
A
A
A
Sazlamalar

MDB-yə üzv ölkələrin təmsilçiləri Birlik məkanında pensiya təminatı məsələlərini müzakirə ediblər

 

Azərbaycan ölkədə əmək miqrantlarının sosial müdafiəsi barədə məlumat xarakterli material təqdim edib

Bakı, 8 iyul, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyinin (MDB) mənzil-qərargahında MDB-yə üzv ölkələrin əhalisinin pensiya təminatının inkişafı üzrə iclas keçirilib.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Birliyə üzv ölkələrin əcnəbi vətəndaşların pensiya təminatına hüquqlarının həyata keçirilməsi perspektivləri baxımdan milli pensiya sisteminin inkişafı məsələsi üzrə aktual informasiya mübadiləsi aparıblar. Azərbaycan tərəfi ölkədə əmək miqrantlarının sosial müdafiəsi barədə məlumat xarakterli material təqdim edib.
Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin pensiya təminatının səviyyəsi barədə məsələ üzrə fikir mübadiləsi aparılıb.
Bundan başqa, iclas iştirakçıları “Aktiv uzunömürlülük” strategiyası - yaşlı vətəndaşların marağına uyğun sosial siyasətin icrası üçün vasitə” mövzusunda dəyirmi masanın keçirilməsinə hazırlıq barədə MDB-nin İcraiyyə Komitəsinin məlumatını qeydə alıblar.

Sosial 2023-07-08 15:38:00