×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 45 min 117 ipoteka krediti verilib

Bakı, 8 iyul, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 45 min 117 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 664 milyon 164 min 941 manatdır.

Maliyyə 2023-07-08 11:09:00