×
A
A
A
Sazlamalar

Heyvan və quş xəstəlikləri ilə əlaqədar bir sıra ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

Bakı, 8 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bosniya və Herseqovina Respublikasının Herseqovina-Neretva inzibati ərazi vahidində blutanq, İsveçrə Konfederasiyasının Jura inzibati ərazi vahidində Nyukasl, İraq Respublikasının Vasit, Bağdad əyalətlərində və Amerika Birləşmiş Ştatlarının Şimali Dakota, Vaşinqton, Kaliforniya, Tennessi, Ayova ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Sosial 2023-07-08 10:16:00