×
A
A
A
Sazlamalar

® “Rabitəbank” “Yubiley kampaniyası”na start verir

“Rabitəbank” ASC bankın yaranmasının 30 illik yubileyi münasibətilə Kartmane Biznes Premium kartı üzrə “Yubiley kampaniyası”nı elan edir.

Belə ki, 31.07.2023-cü il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində Kartmane Biznes Premium kartı alan sahibkar fiziki şəxslər bu müddət ərzində xərclədikləri nağdsız vəsaitdən “Miles” keşbek növü üzrə ikiqat mil və ya “Bütün ödənişlər” keşbek növü üzrə ikiqat keşbek qazanacaqlar.
Həmçinin kampaniya müddətində Kartmane Biznes Premium kartını əldə edən müştərilər 1 aylıq ekonom tarif paketi əldə edəcəklər. Müştərilər kartı ayın 1-dən 5-dək təhvil aldıqda həmin gündən aktivləşərək həmin ayın sonunadək, ayın 5-dən sonra kartı təhvil aldıqda isə növbəti ayın ilk günündən aktivləşərək eyni ayın sonunadək qüvvədə qalacaqdır.
Xatırlatmaq istərdik ki, "Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 

 

Maliyyə 2023-07-07 13:17:00