×
A
A
A
Sazlamalar

“Günay Bank”ın kreditorlarının kreditor tələblərinin qeydiyyata alınması iyulun 18-də yekunlaşacaq

Bakı, 7 iyul, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarına müraciət edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, ləğv prosesində olan “Günay Bank”ın kreditorlarının kreditor tələblərinin qeydiyyata alınması iyulun 18-də başa çatacaq.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunub. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı və ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlar tələblərin qeydiyyata alınması üçün iyulun 18-dək “Günay Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən baş ofisinə müraciət etməlidirlər.

 

Maliyyə 2023-07-07 12:09:00