Efiopiya “ASAN xidmət” təcrübəsini öyrənir
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər nazirinin müavini Mesqanu Arqa Moaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, ölkəmizdə tətbiq olunan sosial innovasiyalar barədə ətraflı məlumat verilib.
Efiopiyanın xarici işlər nazirinin müavini Mesqanu Arqa Moaç “ASAN xidmət” konseptinin onda yüksək təəssürat yaratdığını və bu modelin öz ölkəsində tətbiqində maraqlı olduğunu bildirib.
Qonaqlar “ASAN xidmət” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD” publik hüquqi şəxslə də tanış olublar.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb