×
A
A
A
Sazlamalar

İyunda orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 33,05 faiz artıb

Bakı, 7 iyul, AZƏRTAC

Cari ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 33,05 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 347,3 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 462,1 manat təşkil edib.

Sosial 2023-07-07 10:30:00