“Günay Sığorta” ASC-nin qiymətli kağızları delistinq edilib
Bakı, 4 iyul, AZƏRTAC
“Günay Sığorta” ASC-nin könüllü müraciətinə əsasən lisenziyasının ləğv edilməsi səbəbindən listinqdə saxlanılan qiymətli kağızlarının delistinq edilməsi qərarı verilib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, Listinq Komitəsi tərəfindən “Qiymətli kağızların listinqdə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili” qaydalarının 3.5-ci bəndinə uyğun olaraq “Qiymətli kağızların emitenti qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, bu fəaliyyətin göstərilməsi üçün səlahiyyətli orqan tərəfindən verilmiş müvafiq lisenziyalar qüvvədə olmalıdır. “Günay Sığorta” ASC-nin lisenziyası könüllü ləğv olunması səbəbindən “Bakı Fond Birjası” QSC tərəfindən AZ1001008346 ISIN kodlu listinqdə saxlanılan qiymətli kağızlarının delistinq proseduruna başlanılıb.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb