Azərbaycan OPEC-in Vyanada keçiriləcək seminarında təmsil olunacaq
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov OPEC-in “Dayanıqlı və inklüziv energetika keçidinə doğru” mövzusunda 8-ci beynəlxalq seminarında iştirak edəcək.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, seminar iyulun 5-6-da Vyanada (Avstriya) keçiriləcək.
Seminarın proqramına əsasən, P. Şahbazov iyulun 5-də keçirilməsi planlaşdırılan “Bazarın sabitliyi və enerji təhlükəsizliyi” adlı nazirlər sessiyasında iştirakçı qismində elan edilib.
Sessiyanın iştirakçıları siyahısında, həmçinin 2023-cü ildə OPEC konfransının prezidenti, Ekvatorial Qvineyanın mədənçilik və karbohidrogenlər naziri Antonio Oburu Ondo, BƏƏ-nin energetika və infrastruktur naziri Suhail bin Məhəmməd əl Mazrui və nigeriyalı nümayəndə (daimi nümayəndə, Nigeriyanın Neft Ehtiyatları Nazirliyi) Qabriel Tanimu Aduda yer alıblar.
Qeyd edək ki, OPEC-in 8-ci beynəlxalq seminarı energetika keçidi ilə bağlı enerji təhlükəsizliyi, texnoloji innovasiyalar, ekoloji məsələlər, davamlı inkişaf, enerji siyasəti, eləcə də qlobal iqtisadiyyatda genişmiqyaslı tendensiyalar kimi əsas məsələlərə həsr olunacaq.
OPEC 1969-cu ildən bəri seminarlar təşkil edir. Lakin hazırkı beynəlxalq seminarlar silsiləsindən olan ilk seminar 2001-ci ildə keçirilib, onun ardından isə 2004, 2006, 2009, 2012, 2015 və 2018-ci illərdə növbəti iterasiyalar gəlib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir