×
A
A
A
Sazlamalar

Xam neft və neft məhsullarının beş aylıq ixrac statistikası

Bakı, 25 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandan 11 milyon 752,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 7 milyard 220,2 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında ölkədən 11 milyon 383,6 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 8 milyard 58,7 milyon dollar təşkil edib.
Qeyd edək ki, neft bitumunun ixracı isə kəskin azalaraq 1176 ton təşkil edib. İxrac edilən məhsulun dəyəri isə 321 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq aylarında ölkədən 58 min tona yaxın neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 15,5 milyon ABŞ dolları olub.

Neft - qaz 2023-06-25 10:55:00