×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 45 min 55 ipoteka krediti verilib

Bakı, 25 iyun, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 45 min 55 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 659 milyon 144 min 891 manatdır.

Maliyyə 2023-06-25 10:26:00