×
A
A
A
Sazlamalar

“A+CO” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Bakı Fond Birjasında (BFB) “A+CO” ASC-nin AZ1001024251 dövlət qeydiyyat nömrəli 190 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, abunə yazılışı zamanı anderrayterə bir investor tərəfindən 1 manat qiymətindən sifariş təqdim edilib. Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği və səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 190 min manat olub.
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İ.Ş” ASC-dir.

Maliyyə 2023-06-24 18:53:00