×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 milyon manat həcmində, 1092 gün (1032 qalıq gün) olan tədavül müddətli kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 89.4 (11.7 faiz) manat və 97.9 (8.2 faiz) manat olan 73 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.5 (9.1 faiz) manat, orta ölçülmüş qiyməti 96.4 (8.8 faiz) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 186 milyon 638 min manat, yerləşdirilmiş həcmi isə 55 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2026-cı il 21 apreldir.
Hərrac iştirakçıları iyunun 25-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Maliyyə 2023-06-24 18:28:00