×
A
A
A
Sazlamalar

“Günay Sığorta” ASC-nin lisenziyası ləğv edilib

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib.
AZƏRTAC AMB-yə istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 24 iyun tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 2008-ci 14 avqust il tarixli lisenziya ləğv olunub.

 

 

Maliyyə 2023-06-24 15:47:00