×
A
A
A
Sazlamalar

May ayında bankların kredit portfeli artıb

Bakı, 24 iyun, AZƏRTAC

May ayında bankların kredit portfeli 1.4 faiz və ya 279.6 milyon manat artaraq 20,659.3 milyon manat olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri - 54.1 faiz (11,170.8 milyon manat), istehlak kreditləri - 30.1 faiz (6,224.5 milyon manat), ipoteka kreditləri - 15.8 faizdir (3,264 milyon manat). Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.3 faiz təşkil edib. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir - cəmi öhdəliklərin 82 faizi və ya 32,678.7 milyon manat. Bankların depozit portfeli cari ilin may ayında 1 faiz və ya 311.8 milyon manat artıb. Depozit portfelinin 62.8 faizi (20,535.7 milyon manat) hüquqi şəxslərin, 37.2 faizi (12,143 milyon manat) fiziki şəxslərin depozitlərində (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 1.6 faiz və ya 187.6 milyon manat artıb. Əmanət portfelinin 53.2 faizi (6,454 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,492.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.2 faizini təşkil edib.

Maliyyə 2023-06-24 10:52:00