×
A
A
A
Sazlamalar

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakı, 24 iyun, AZƏRTAC

Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 2,7 faiz artaraq, 30,368.8 milyon manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 793,1 milyon manat artaraq 2,555.1 milyon manat təşkil edib.
Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident bankların “loro” müxbir hesabları, həmçinin hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

Maliyyə 2023-06-24 08:40:00