×
A
A
A
Sazlamalar

Banklar 437,1 milyon manat xalis mənfəət əldə edib

Bakı, 24 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında banklar 437,1 milyon manat xalis mənfəət, 644,1 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 32 faiz və 28 faiz artıb.
2023-cü ilin 5 ayında banklar tərəfindən 106,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Maliyyə 2023-06-24 05:10:00