×
A
A
A
Sazlamalar

Kənd yerlərində sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması barədə fikir mübadiləsi aparılıb

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyunun 23-də “FINCA International” təşkilatının rəhbəri Andree Simon ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanda maliyyə sektorunun inkişafı, rəqəmsallaşmanın artırılması, yerli kapital bazarının genişləndirilməsi və kənd yerlərində sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması barədə fikir mübadiləsi aparılıb.


Maliyyə 2023-06-23 18:08:00