×
A
A
A
Sazlamalar

Dövriyyədəki ödəniş kartlarının sayı artıb

Bakı, 23 iyun, AZƏRTAC

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 277 min ədəd artaraq 14 milyon 741 min ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,6 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17,3 faiz, kredit kartları üzrə 27,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 424 min, digər kartlar isə 1,7 milyon ədəd artıb.

 

Maliyyə 2023-06-23 15:26:00