×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2107024708 dövlət qeydiyyat nömrəli 35 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,619 (8.49 faiz) manat və 9,644 (7.9 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 milyon 220 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,624 (8.37 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,626 (8.31 faiz) manat olaraq müəyyənləşdirilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 35 milyon manat təşkil edib. Notların ödəmə tarixi cari ilin dekabrın 7-dir.
Eyni zamanda, BFB-də Mərkəzi Bankın AZ2108024707 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,396 (9.17 faiz) manat və 9,450 (8.3 faiz) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 milyon 330 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,401 (9.1 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,416 (8.85 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40 milyon manat təşkil edib. Notların ödəmə tarixi gələn il fevralın 29-dur.

Maliyyə 2023-06-23 14:43:00