×
A
A
A
Sazlamalar

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 15 faizə qaldırıb

Bakı, 22 iyun, AZƏRTAC
Türkiyə Mərkəzi Bankı ölkə iqtisadiyyatında böhranla mübarizə və pul siyasətinin sərtləşdirilməsi tədbirləri çərçivəsində əsas uçot dərəcəsini 8,5 faizdən 15 faizə qaldırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müvafiq qərar ölkənin Mərkəzi Bankının saytında dərc olunub.
Qeyd edək ki, bu, 2021-ci ilin martından bəri ilk faiz artımıdır. Mərkəzi Bankın Direktorlar Şurası devalvasiyaya tez bir zamanda nail olmaq, inflyasiya gözləntilərini gücləndirmək və qiymətə nəzarət etmək üçün pul siyasətinin sərtləşdirilməsi prosesinə başlamaq qərarına gəlib.

Maliyyə 2023-06-22 16:37:00