×
A
A
A
Sazlamalar

BVF-nin missiyasına ölkəmizdə əmək bazarı ilə bağlı islahatlar barədə məlumat verilib

Bakı, 22 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin əmək bazarı ilə bağlı aparılan islahatlar, habelə əməkhaqqı islahatları barədə nümayəndə heyətinə məlumat verib. Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında və sosial ödənişlərdə baş verən artımlar diqqətə çatdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar, postmüharibə dövründə həyata keçirilən sosial dəstək tədbirləri, xidmətlərin elektronlaşdırılması və proaktiv xidmətlərin yaradılması sahəsində əldə olunan uğurlu təcrübə qeyd olunub.
“Əmək və Məşğulluq” altsisteminin üstünlükləri, əmək qanunvericiliyində aparılan təkmilləşdirilmə işləri, qeyri-leqal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirlər diqqətə çatdırılıb.
Görüşdə ölkəmizdə əmək bazarı ilə bağlı aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 

Sosial 2023-06-22 15:22:00