×
A
A
A
Sazlamalar

Neft-qaz sənayesi üzrə qiymət indeksləri 81,6 faiz artıb

Bakı, 22 iyun, AZƏRTAC

Mayda aprelə nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 90,1 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin mayında ötən ilin müvafiq dövrünə nisbətən 69,5 faiz, bu ilin yanvar-may aylarında isə keçən ilin analoji dövrü ilə müqayisədə 81,6 faiz artıb.
Cari ilin yanvar-may aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sənayesində sənaye məhsullarının istehsalçı qiymətləri indeksində 88 faiz artım qeydə alınıb.

 

Neft - qaz 2023-06-22 11:53:00