×
A
A
A
Sazlamalar

Vətəndaşların banklardan müəyyən məlumatları tələb etmək hüquqları var - Açıqlama

Bakı, 22 iyun, AZƏRTAC

Mərkəzi Bankın İdarə Heyətinin Qərarında göstərilir ki, “Günay Bank”ın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan, eləcə də məcmu kapitalının adekvatlıq əmsalının az olmasına, habelə cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilmədiyinə görə lisenziyası geri çağırılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib.
Fond rəsmisi qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmiş sığortalanmış əmanətlərin bir təsnifatı var. Yəni hansı əmanətlər sığortalanmış əmanətlər hesab edilir. Bu, qanunvericilikdə öz əksini tapıb: “Daha çox vətəndaşları maraqlandıran miqdar və faizdir. Azərbaycan manatında bu, 12 faizə qədər olan hissədir. Xarici valyutada isə ən çox qoyulan ABŞ dollarıdır. Burada 2,5 faizə qədər olan əmanətlər sığortalanmış əmanətlər hesab olunur”.
T.Piriyev, həmçinin vurğulayıb ki, əmanətlərin sığortalanması haqqında qanunda fiziki şəxslərin və vətəndaşların banklardan müəyyən məlumatları tələb etmək hüquqları var. Onlar həmin bankın müqaviləsində Əmanətlərin Sığortalanması Fondunun üzvü olub-olmaması haqqında məlumata malik olmaları, eləcə də müqavilədə bunun əksini tapması kimi faktlara diqqət yetirməlidirlər.

Maliyyə 2023-06-22 11:42:00