×
A
A
A
Sazlamalar

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Bakı, 22 iyun, AZƏRTAC

Sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) attestasiyalar keçirilib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən attestasiyada iştirak edən 4 namizəddən 2 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Maliyyə 2023-06-22 11:07:00