×
A
A
A
Sazlamalar

Nazir: İşçilərin hüquqlarının qorunması ilə bağlı yeni layihə hazırlanıb

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycanda işçilərin hüquqlarının qorunması ilə bağlı yeni layihə hazırlanıb və bununla bağlı müzakirələr aparılır.
AZƏRTAC xəbər verir ki bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İnsan Resursları Zirvəsi 2023” tədbirində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, minimum əməkhaqqının artırılması müəyyən səviyyədən sonra özəl sektor və biznes üzərində təzyiqə çevrilir: “Buna dözməyən sahibkar işçi sayını azaltmağa məcbur qalır. Sosial hüquqlar qısamüddətli dövrdə işçini qoruyur, lakin uzun və ortamüddətli dövrdə işçini gəlirdən, iş yerindən məhrum edir. Bu istiqamətdə yeni layihələr hazırlanıb. Həmkarlarla yeni istiqamətləri müzakirə edirik. Hesab edirəm ki, istiqamətlərdən biri də işəgötürən və işçi arasında balansın daha da düzgün təsbitinə həsr olunacaq. Hazırda müzakirələr yekunlaşmadığı üçün müddəaları elan etmək istəmirəm”, - deyə S.Babayev vurğulayıb.

Sosial 2023-06-21 13:04:00