×
A
A
A
Sazlamalar

Qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir

Bakı, 21 iyun, AZƏRTAC

Aparılan anket sorğularının nəticəsinə görə, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu elmi əsaslı faktdır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışında deyib.
M.Abbaszadə qeyd edib ki, məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı deyilik. Daha yaxşı nəticələr görmək mümkün idi: “Təhsil ilə bağlı pandemiya dövründə müsbət istiqamətdə gedən dəyişikliklər qeydə alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili müəyyən səviyyəyə uyğun olaraq bilir”.

Sosial 2023-06-21 12:26:00