×
A
A
A
Sazlamalar

AQTA-nın yeni veb-saytı istifadəyə verilib

Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yeni veb-saytı (www.afsa.gov.az) istifadəyə verilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qurumun rəsmi internet saytı fərqli tərtibatda yenidən işlənərək hazırlanıb, istifadəçilərin qida təhlükəsizliyi ilə bağlı məlumat və qərarları daha rahat əldə etməsi üçün yeni sayt sadə və interaktiv formada dizayn edilib.
Agentliyin əsas funksional istiqamətlərinə uyğun olaraq qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də idxal-ixrac əməliyyatları, qida zəncirinə nəzarət, qeydiyyat və təsdiq prosesi, e-xidmətlər, qanunvericilik, normativ hüquqi aktlar, tələb, qayda və qərarlar və sair istiqamətlərə aid bölmələr, alt bölmələr veb-saytda yer alıb. Eyni zamanda, “Xəbərlər”, “Multimedia”, “Maarifləndirmə”, “Təbliğat-təşviqat” bölmələrində yerləşdirilən informasiyalarla yeni veb-sayt istifadəçilər üçün daha rahat və əlçatan olub.
Bundan başqa yenilənmiş www.afsa.gov.az saytında “E-xidmətlər”, AQTİS - “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi”, rəsmi qurumların və beynəlxalq təşkilatların veb-saytlarına birbaşa keçid təmin edilib. “Aktual” bölməsində isə adından göründüyü kimi, qida təhlükəsizliyi ilə bağlı günün aktual mövzularına birbaşa keçid etməklə, operativ məlumat əldə etmək mümkün olacaq.

Sosial 2023-06-21 11:55:00