×
A
A
A
Sazlamalar

Məleykə Abbaszadə: Hər il 15-16 faiz icbari təhsili bitirən şəxs əmək bazarına daxil olur

Bakı, 21 iyun, AZƏRTAC

Dövlət qulluğuna qəbul proqramı ilə bağlı yeni modeldən istifadəyə növbəti bir-iki il ərzində keçmək mümkün ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə deyib.
M.Abbaszadə qeyd edib ki, hər il 15-16 faiz icbari təhsili bitirən şəxs əmək bazarına daxil olur: “Aidiyyəti dövlət qurumları ilə həmin yeniyetmələrlə işləməyə başlamışıq. Ali təhsil üçün sənəd verməyən məzunlar da əmək bazarına qoşulur. Bu say bizə məlumdur", - deyə M.Abbaszadə vurğulayıb.

Sosial 2023-06-21 11:52:00