×
A
A
A
Sazlamalar

Hazırda Mərkəzi Bankın dövriyyədəki notlarının 7 faizdən çoxu qeyri-bank hüquqi şəxslərin mülkiyyətindədir

Bakı, 21 iyun, AZƏRTAC

Hazırda Mərkəzi Bankın dövriyyədə olan notlarının 7 faizdən çox hissəsi qeyri-bank hüquqi şəxslərin mülkiyyətindədir.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, notlar üzrə investor bazasının genişləndirilməsi barədə müvafiq qərarın qəbulundan sonra banklarla yanaşı, buraxılış şərtlərində müəyyən olunmuş meyarlara cavab verən qeyri-bank hüquqi şəxslər də hərraclarda iştirak etməyə başlayıb. Not hərraclarında rəqabət mühitini optimallaşdırmaq, investor inamını artırmaq məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi şərtlərinə əlavə dəyişikliklər edilib.

Maliyyə 2023-06-21 11:26:00