×
A
A
A
Sazlamalar

Sahil Babayev: Hər il 100 min gənc əmək bazarına daxil olur

Bakı, 21 iyun, AZƏRTAC

7 milyard manata yaxın vəsait məşğulluq, əmək və sosial məsələlərə yönəldilib.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İnsan Resursları Zirvəsində deyib.
O qeyd edib ki, özünüməşğulluq çərçivəsində 62 min ailədə kiçik və mikro biznes qurulub. “Əhalinin sayının artması qarşıda duran vəzifələri daha da artırıb. Bu səbəbdən dövlət qarşısında məşğulluğun artırılması istiqamətində böyük tələb var. Hər il 100 min gənc əmək bazarına daxil olur”, - deyib nazir.

Sosial 2023-06-21 11:13:00