×
A
A
A
Sazlamalar

Əmək müqavilələrinin sayı 30 faiz artıb VİDEO

Bakı, 21 iyun, AZƏRTAC

Son illərdə əmək müqavilələrinin sayı 30 faiz artıb. Lakin məşğul əhali arasında əmək müqaviləsi ilə çalışanların sayı azdır.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İnsan Resursları Zirvəsi adlı tədbirdə deyib.
O qeyd edib ki, gələcəkdə qeyri-formal əməyin aradan qaldırılması və əməkhaqlarının leqallaşdırılması istiqamətində işlər aparılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç. Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu”, “Köçü qarşıla. Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi” kimi mövzular müzakirə edilir.

Sosial 2023-06-21 11:05:00

Video