×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 21 iyun, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040158 ISIN-li, 60 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.9250 (9.99 faiz) manat və 98.0365 (7.07 faiz) manat olan 51 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9283 (8.25 faiz) manat, orta ölçülmüş qiyməti isə 96.7333 (7.7955 faiz) manat müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 209,336,100 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilib. İstiqrazların ödəmə tarixi 17 iyun 2025-ci ildir. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Maliyyə 2023-06-21 10:23:00