×
A
A
A
Sazlamalar

SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının övladları üçün növbəti düşərgə təşkil olunub

Bakı, 20 iyun, AZƏRTAC

SOCAR-da çalışan Vətən müharibəsi iştirakçılarının övladları üçün düşərgələr təşkil olunur.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 153 qazi övladı düşərgədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub. Daha sonra “Neftçi” Peşəkar Futbol Klubunun futbolçuları İsmayıl Zülfüqarlı, Rəhman Hacıyev tərəfindən qazi övladları üçün master-klas keçirilib.
“Kinderland” əyləncə mərkəzinin ərazisində real həyat ilə əyləncə və təhsili özündə birləşdirən çoxsaylı maraqlı oyunlarda iştirak edən düşərgə iştirakçıları SOCAR-ın fəaliyyət istiqamətlərini əhatə edən sahəyə böyük maraq göstəriblər.

Sosial 2023-06-20 17:56:00