×
A
A
A
Sazlamalar

Aktiv ƏDV ödəyicilərinin sayı 6,6 faiz artıb

Bakı, 20 iyun, AZƏRTAC

2023-cü ilin yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45 faiz və ya 2,6 milyard manatdan çox artıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin dövrdə qeyri-neft-qaz sektorunda daxilolmalar 4,6 milyard manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,8 faiz və ya 697,2 milyon manat artıb.
“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində həyata keçirilən tədbirlər bir çox sahələrdə fəaliyyəti leqallaşdırmağa və aktiv ödəyicilər kateqoriyasını artırmağa imkan verib. Bu baxımdan ƏDV ödəyicilərinin sayında müşahidə olunan artım fiskal baxımdan xüsusilə aktualdır. 2023-cü ilin iyunun 1-nə ölkəmizdə aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,6 faiz artaraq 42,6 min təşkil edib.

Maliyyə 2023-06-20 16:40:00