×
A
A
A
Sazlamalar

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 2410 nəfər işlə təmin edilib

Bakı, 20 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1323 şəxsə iş yerlərinə göndəriş verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 996 nəfəri artıq müvafiq vakansiyalar üzrə işlə təmin olunub və qalanlarının da işlə təminatı prosesi aparılır. Proqram üzrə işlə təmin edilənlərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
2020-ci ilin son aylarında icrasına start verilən proqram üzrə ötən dövrdə 793 işəgötürənlə əməkdaşlığa başlanılıb.
Həmin işəgötürənlərlə əməkdaşlıq müqavilələri əsasında 2410 nəfər işlə təmin edilib.

Sosial 2023-06-20 14:45:00