×
A
A
A
Sazlamalar

İstehlaka yararsız 15,6 ton müxtəlif növ qida məhsulları məhv edilib

Bakı, 20 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İctimaiyyətlə əlaqələr və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qurman Plyus” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında 15,6 ton müxtəlif növ ət və süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Sosial 2023-06-20 14:25:00