×
A
A
A
Sazlamalar

Milli Observatoriya məktəblilər arasında peşə seçimi ilə bağlı sorğulara başlayıb

Bakı, 20 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Bakı və regionlarda olan məktəblərdə uşaqların peşəyönümü meyillərini müəyyənləşdirmək üçün sorğulara başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 9-11-ci sinif şagirdləri arasında keçirilən sorğular zamanı şagirdlərin təhsil perspektivləri, peşə və ixtisas seçiminə təsir edən faktorlar, məqsədyönlü ixtisas seçimini təşviq edən amillər öyrənilir.
Sorğular zamanı eyni zamanda yuxarı sinif şagirdlərinə peşə seçimi ilə bağlı qərar verməzdən əvvəl əmək bazarının tələbləri baxımından öz bilik və bacarıqlarını dəyərləndirməyə yardım edilir.

Sosial 2023-06-20 13:43:00