×
A
A
A
Sazlamalar

Ötən ay günərzi mərkəzlərə 600-dən çox uşaq cəlb olunub

Bakı, 19 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında ötən ay günərzi qayğı mərkəzlərinə 630 uşaq cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.
Ölkəmizin 21 şəhər və rayonunda (Ağsu, Ağdaş, Bərdə, Cəlilabad, Gəncə, Xaçmaz, İmişli, Qax, Qazax, Qobustan, Qəbələ, Quba, Lənkəran, Masallı, Oğuz, Samux, Sabirabad, Şabran, Şəmkir, Şirvan, Ucar) qurulan günərzi mərkəzlərdə 3-12 yaş arası və həssas qruplara aid olan uşaqların sosial reabilitasiyası işləri aparılır.
Həmin mərkəzlərdə uşaqlar korreksiya, abilitasiya və reabilitasiya xidmətlərinin təşkili istiqamətində yarımstasionar formada sosial xidmətlərlə təmin edilir. Onlara sosial psixoloji, nevroloji, pedaqoji və digər xidmətlərlə yanaşı, ailələrinə hüquqi məsləhət xidmətləri də göstərilir.

Sosial 2023-06-19 17:41:00