×
A
A
A
Sazlamalar

Mərkəzi Bank və BVF arasında əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyunun 19-da ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Mərkəzi Bank və BVF arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin BVF-nin Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüləcək işlər və Azərbaycanın gələcək inkişafı üçün BVF-nin dəstək proqramları müzakirə edilib.

Maliyyə 2023-06-19 17:10:00