×
A
A
A
Sazlamalar

İlin ilk dörd ayında Azərbaycanda 15 mindən çox cütlük nikaha daxil olub

Bakı, 19 iyun, AZƏRTAC

Bu ilin ilk dörd ayında ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15 min 65 nikaha daxilolma və 6 min 920 boşanma halları qeydə alınıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6-dan 4,5-ə enib, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Sosial 2023-06-19 16:15:00