×
A
A
A
Sazlamalar

Yanvar-aprel aylarında Azərbaycanda 37 mindən çox körpə doğulub

Bakı, 19 iyun, AZƏRTAC

İlin ilk dörd ayı ərzində Azərbaycanda 37 min 159 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1-dən 11,1-ə enib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Körpələrin 1122-si əkiz, 63-ü isə üçəm doğulanlardır.
Yanvar-aprel ayları ərzində ölkədə 21 min 205 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2-dən 6,4-ə qədər azalıb.

Sosial 2023-06-19 15:21:00