×
A
A
A
Sazlamalar

® “Berqa” ilə “Xoş əhval” konserti Ağdaşda

İnsanlara xoş əhval bəxş etmək üçün “Berqa” markası konsert proqramlarını paytaxtdan sonra bölgələrdə də təşkil edir.

“Berqa” markası üçün çayın dadı ilə yanaşı həyata keçirdiyi tədbirlərin insanlara xoş əhval-ruhiyyə və sevinc bəxş etməsi böyük önəm daşıyır.
Bu məqsədlə marka tərəfindən mütəmadi olaraq “Berqa” ilə “Xoş əhval” adlı silsilə konsertlər həyata keçirilir. Növbəti konsert proqramı 19 iyun tarixində Ağdaş rayonu, “1 inci” marketin qarşısında təşkil ediləcək. Konsertin aparıcısı Seyran Babayev, ulduz qonaqları isə sevilən müğənnilər Namiq Qaraçuxurlu, Samira Əfəndi və Aysel Əlizadə olacaq.
Qeyd edək ki, konsertə gələn hər kəs “Berqa” çaylarının qonağı olacaq. Hər kəsi “Xoş əhval” konsertinə gələrək hədiyyələrlə dolu yarışmalarda iştirak etməyə dəvət edirik.
Giriş ÖDƏNİŞSİZDİR!
Konsert proqramları haqqında ətraflı məlumat almaq üçün “Berqa”nı sosial media hesablarından izləyə bilərsiniz.
Gəlin, birlikdə “Xoş əhval”ımız olsun!
“Berqa əhvalınızı dəyişdirəcək”! 

 

Sosial 2023-06-19 12:43:00