×
A
A
A
Sazlamalar

Sığorta vasitəçiləri üçün attestasiya keçiriləcək

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 21-də sığorta sahəsində attestasiya keçiriləcək.
Azərbaycan Respublikası Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 4 sığorta vasitəçisi Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunur. Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

 

Maliyyə 2023-06-19 10:53:00