×
A
A
A
Sazlamalar

Bundesbank: Almaniyada inflyasiya ilə bağlı risklər yüksəkdir

Bakı, 17 iyun, AZƏRTAC
Almaniya Mərkəzi Bankı (Bundesbank) Avropanın ən böyük iqtisadiyyatının bu il kiçiləcəyini və inflyasiyanın 2025-ci ildə 2 faizlik hədəfin üzərində qalacağını proqnozlaşdırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Bundesbank Almaniya iqtisadiyyatı üçün 2023-cü il kiçilmə gözləntisini 0,5 faizdən 0,3 faizə dəyişdirsə də, 2024 və 2025-ci illər üçün ÜDM artımı proqnozlarını 1,2 və 1,3 faiz səviyyəsində saxlayıb.
Almaniyada inflyasiyanın bu il 6,0 faiz olacağını proqnozlaşdıran Bundesbank, qiymət artımlarının gələn il 3,1 faiz, 2025-ci ildə isə 2,7 faiz azalacağını proqnozlaşdırıb.
Bundesbank etdiyi qiymətləndirmədə bəyan edib ki, Almaniya iqtisadiyyatı son 3 ildəki böhranlardan üstün bir səylə çıxmağa çalışır. Amma hələ də yüksək inflyasiyanın nəticələrinin öhdəsindən gəlmək üçün mübarizə aparır. İnflyasiya ilə bağlı risklər yüksəkdir.
Qeyd olunub ki, əgər əməkhaqqı və qərar daha güclü artarsa, yüksək inflyasiya daha da möhkəmlənə bilər.
Bundesbank sədri Joachim Nagel bildirib ki, davamlı inflyasiya risklərinə qarşı mübarizədə həlledici pul siyasəti vacibdir.

Maliyyə 2023-06-17 17:10:00