×
A
A
A
Sazlamalar

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Bakı, 17 iyun, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC-nin tədavül müddəti 8280 gün, nominal dəyəri 1000 manat olan AZ2073008685 ISIN-li, 40,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 3 faiz, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir. Hərrac qiyməti 1000 manat olan Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,000,000 manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 15 fevral 2046-cı ildir. Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

 

Maliyyə 2023-06-17 15:07:00